Cəlilabadda 11 yaşlı uşağı avtomobil vurub

21:13 - 16 May 2019 - HADİSƏ

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Qurbanlı Nasir Elçin oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti