"Arsenal"dan ETİRAZ: "6 min bilet azdır"

UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına ingilis klubu növbəti dəfə etiraz edib.

London təmsilçisi sözügedən məsələ ilə bağlı bu gün bəyanat yayıb. Bəyanatda deyilir ki, "Arsenal"da hər kəs komandanın Avropa Liqasında finala çıxmasından məmnundur.

"Hamımız səbirsizliklə "Çelsi" ilə mayın 29-da keçiriləcək oyunu gözləyirik. Buna baxmayaraq, UEFA-nın nəqliyyat məhdudiyyətinə görə, 60 mindən çox (70 minə yaxın – red.) azarkeş tutumuna məxsus stadionda "Arsenal"a cəmi 6 min bilet ayırmasından məyus olmuşuq. Səfər problemlərini nəzərə alsaq, həmin azarkeşlərin oyuna gedə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min abunəçimiz var. UEFA-nın final oyunu üçün nəqliyyat məhdudiyyəti olan yer seçməsi sadəcə, düzgün deyil.

Reallıq budur ki, finala çıxan klublar azarkeşlərinin tələblərini qarşılaya bilməyəcəklər. Məsələ ilə bağlı fanatlarımızdan xeyli şikayət almışıq və onların narahatlıqlarını bölüşürük. Azarkeşlərimizin adından gələcəkdə finala görə seçiləcək yer üçün meyarları, həmçinin bunun bir hissəsi kimi, tərəfdarların tələblərinin necə nəzərə alınacağını öyrənmək istəyirik”.

Bəyanatda daha sonra qeyd olunub: "Biz UEFA-nı azarkeşlərin final məkanı ilə bağlı tələblərini yerinə yetirməyə çağırırıq. Çünki bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrar oluna bilməz. Bunun üçün gələcəkdə qurumla istənilən müzakirəyə qoşulmaqdan məmnun olarıq". /Qol.az

Tarix
16 May 2019 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 16:06:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin