Azərbaycanda bank hesabları sosial şəbəkə vasitəsilə də açıla bilər

Azərbaycanda bank müştərilərinin hesablarının eyniləşdirilməsində 3-cü tərəflərin iştirakına növbəti inkişaf mərhələsində baxıla bilər”.

Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov bildirib.

“Bizim bank sistemi üçün hesabların məsafədən açılması ilkin addımdır. Hazırkı təqdim olunun ilkin həll yolunda üçüncü tərəf üzərindən, sosial şəbəkə üzərindən müştərinin eyniləşdirilməsi nəzərə tutulmayıb. Düşünürəm ki, bu məsələ həm cari müzakirələrin mövzusudur, həm də məntiqi nəticəyə gəldikdən sonra, növbəti inkişaf mərhələsində baxıla bilər. Etiraf edək ki, rəqəmsal texnologiyanın tətbiqi qarşısıalınmaz risklərin meydana gəlməsinə səbəb ola bilər”, - deyə T.Rüstəmov əlavə edib./report

Tarix
16 May 2019 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 15:58:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin