Çörək bağlamasından 2,36 milyon dollar aşkarlandı

14:57 - 16 May 2019 - MARAQLI

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb. Bu barədə İran Gömrük Administrasiyasındna məlumat verilib. Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış. Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar. Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır. (Trend )

Xəbər xətti