Bakıda oyuncaq tapança ilə marketləri soydular- MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Fərid Hacıyev, 1992-ci il təvəllüdlü Orxan Məmmədli və 1996-cı il təvəllüdlü Fərid Hüseynzadə və hazırda ev dustaqlığında olan Əlisəid Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Hakim Azər Paşayevin sədrliyi ilə keçiirləcək növbəti məhkəmə prosesi may ayının 24-nə təyin olunub.

Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb. /olke.az

Tarix
16 May 2019 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 12:42:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin