Şirvanda 16 yaşlı oğlan itkin düşüb

19:39 - 15 May 2019 - Xəbər

Şirvan şəhərində 16 yaşlı oğlan itkin düşüb.

Belə ki, Şirvan şəhər sakini, 2003-cü il təvəllüdlü Etiqad Səməndərli bu il mayın 14-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələri ilə zəng vuraraq məlumat vermələri xahiş olunur./report

 

Xəbər xətti