ABŞ qırıcı təyyarəsi Yaponiyada quşla toqquşub

19:08 - 15 May 2019 - Xəbər

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qısa məsafli uçuş üçün nəzərdə tutulmuş və şaquli eniş həyata keçirən "F-35B" hərbi təyyarəsi Yaponiyanın Yamaquti prefekturasında yerləşən İvakuni bazasından uçuş zamanı quşla toqquşub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Pilotlar dərhal uçuşu dayandırıb, hadisə nəticəsində heç kim xəsarət almayıb. Buna baxmayaraq, ABŞ komandanlığı hadisəyə ən təhlükəli "A" səviyyəsini verib.

Bu isə o deməkdir ki, təyyarəyə azı 2 milyon ABŞ dolları məbləğində zərər dəyib.

Xəbər xətti