“Arsenal” UEFA və Azərbaycandan nə istəyib? – Mxitaryan məsələsi

Yaxın 24 saat ərzində UEFA erməni futbolçu Henrix Mxitaryanın Bakıya mümkün səfəri zamanı təhlükəsizliyinin hansı səviyyədə qorunacağı ilə əlaqədar “Arsenal” klubunun müraciətinə cavab verəcək.

Bu haqda Böyük Britaniyanın “Evening Standard” nəşri məlumat yayıb. Bildirilib ki, Azərbaycana viza alması üçün Mxitaryana xüsusi razılıq veriləcək. Bununla belə, “Arsenal” futbolçunun təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görülməsini xahiş edib.

“Arsenal”la UEFA arasında danışıqlar davam edir. Adətən, London klubu səfər matçlarına öz mühafizəçiləri ilə yollanır. Amma bu dəfə “Arsenal” komandanın Bakı səfəri zamanı və futbolçuların  qalacağı otelin ətrafında mühafizənin gücləndirilməsi üçün əlavə asayiş keşikçilərinin olmasını istəyib. Bu, Mxitaryanın sərbəst hərəkət etməsi üçün edilib”.

Qeyd edək ki, bir müddət əvvəl “Arsenal” bəyanat yayaraq bildirib ki, futbolçularının təhlükəsizliyi onlar üçün birnömrəli əhəmiyyət daşıyır. “Biz Henrix Mxitaryanın Bakıda təhlükəsizliyi üçün UEFA-dan təminat istəyirik. Bu, futbolçunun komandanın sifariş ərizəsinə salınması baxımından vacibdir. Bizə lazım olan təminatı hələ almamışıq. Ümid edirik ki, UEFA yaxın günlərdə bu təminatı bizə verəcək. Biz final üçün seçilən yerə görə Mxitaryanın həlledici qarşılaşmanı buraxa biləcəyindən narahatıq”.

AFFA, Azərbaycanın Gənclər və İdman Nazirliyi isə Mxitaryan da daxil olmaqla finalın bütün iştirakçılarının təhlükəsizliyinə təminat verib./qol.az

Tarix
15 May 2019 [16:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-15 16:54:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin