Mingəçevirdə azyaşlı uşağı maşın vurub

15:08 - 15 May 2019 - HADİSƏ

Mingəçevirdə azyaşlı uşağı maşın vurub.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə poçt meydanı kimi tanınan ərazidə baş verib. Markası hələ ki tam dəqiqləşdirilməmiş avtomobil 2012-ci il təvəllüdlü şəhər sakini Cabbarlı Elvin Elsevər oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti