Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişləyib qopardı

11:46 - 15 May 2019 - Xəbər

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

Ucnoqta.az ONA-ya istinadla xəbər verir ki, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib

Xəbər xətti