Əli Əhmədov: "Azərbaycan hökuməti özəl sektorun inkişafına üçün böyük dəstək göstərir"

Azərbaycan dövləti özəl sektorun inkişafını özünün siyasətinin əsas istiqamətlərindən biri hesab edir.

Bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda son illərdə kiçik və özəl sahibkarlıq əhəmiyyətli dərəcədə inkişaf edib: “Azərbaycan hökuməti özəl sektorun inkişafına üçün böyük dəstək göstərir. Özəl sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi, güzəştli kreditlərin verilməsini təmin edir və onların sərbəst fəaliyyəti üçün digər lazımi tədbirlər həyata keçirir. Azərbaycan, eyni zamanda özəl sektorun ixrac potensialının artırılması üçün imkanlar axtarır və bu istiqamətdə bir sıra naliyyətlər əldə edilib”.

Baş nazirin müavini vurğulayıb ki, özəl sektor Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verir və ümumi daxili məhsulun formalaşmasında rol oynayır: “Azərbaycan hökuməti bundan sonra da özəl sektorun inkişafına lazımi dəstək göstərəcək”./trend

Tarix
15 May 2019 [10:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-15 10:50:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin