Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

Azərbaycan 2019-cu ilin 10 may tarixində Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, məlum olduğu kimi, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.

Qeyd etmək istərdik ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilmişdir. Ölkəmiz də daxil olmaqla hal-hazırda alyansın 57 müşahidəçi üzvü vardır.

Tarix
13 May 2019 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-13 14:43:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin