“Çelsi” və “Arsenal” rəsmiləri Bakıya gəldi

14:27 - 13 May 2019 - İDMAN

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək./qafqazinfo

Xəbər xətti