Bakıda yarış zamanı QƏRİBƏ HADİSƏ: cüdoçudan mobil telefon düşdü - VİDEO

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qəribə hadisə baş verib.

 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Portuqaliya idmançısı Anri Equtidzenin kimonosundan mobil telefon düşüb. Hadisə isveçli Robin Paçeklə 1/16 final görüşünün 13-cü saniyəsində qeydə alınıb. Nəticədə Equtidze diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Anri Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif sayda qran-prilərin mükafatçısıdır.

​Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq./report

Tarix
12 May 2019 [13:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-12 13:39:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin