Məşhur teleaparıcı Xoşqədəm Bəxşəliyeva əkizləri ilə bağlı paylaşım edib.
Aparıcı İnstaqram səhifəsindən oğlanları Arda və Arinin doğum günlərini təbrik edib.
“Bu gözəl gündə nə xoşbəxtəm ki, əkizlərimin doğum günüdür. Bu gün mənim ürəklərim həyatımıza gəlişləriylə xoşbəxtlik gətirdilər, Rəbbimə şükürlər olsun. Rəbbim onlara uzun ömürlər, can sağlığı , ata, ana yanında böyüməyi nəsib etsin. Rəbbim bu mələklərin qarşısına şeytanları çıxarmasın. Arda, Arınım başda olmaqla bu gün doğulan balaları təbrik edirəm və bu arada xeyirli Ramazanlar hər kəsə.”-deyə övladlarına arzularını çatdırıb.
Videoya çoxsaylı təbrik mesajları yazılıb.
Xatırladaq ki, teleaparıcı Türkiyənin məşhur müğənnisi Doğuşla evlidir./olke.az