Qətərin ABŞ prezidenti Donald Trampa verməyi planlaşdırdığı təqribən 400 milyon dollar dəyərində dəbdəbəli Boeing 747-8 təyyarəsi bir aydan çoxdur ki, Texasın San Antonio Beynəlxalq Hava Limanında qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post (WP) məlumat yayıb.
Nəşrin yazdığına görə, uçuş məlumatlarına görə, Qətər təyyarəsi beş həftə əvvəl San Antonioya gəlib və bu, onun təkmilləşdirilməsi üçün hazırlıqların artıq getdiyini göstərir.
Ağ Ev rəsmisi adının açıqlanmasını istəməyən WP-yə bildirib ki, Qətər təyyarəsinin təkmilləşdirilməsinin nə qədər vaxt aparacağını söyləmək hələ tezdir. O, həmçinin ABŞ administrasiyasının ondan nə vaxt istifadə etməyə başlayacağını söyləməkdən imtina edib.