Liviyada hərbi əməliyyatlar başa çatıb

08:24 - 13 May 2025 - DÜNYA

Liviyanın paytaxtı Tripolidə hərbi əməliyyat uğurla başa çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Birlik Hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik hərbi əməliyyatın uğurla başa çatdığını vurğulayır. Təhlükəsizliyi və sabitliyi təmin etmək üçün ərazidə planın tamamlanması ilə bağlı tapşırıqlar verib

Qeyd edək ki, Liviya Prezident Şurasının təhlükəsizlik xidmətinin rəhbəri Abdel Qani əl-Kikli Tripolidə öldürülüb. Bundan sonra şəhərin bəzi ərazilərində atışma başlayıb.

Abdel Qani əl-Kikli mayın 12-də axşam saatlarında Tripoli Hərbi Dairəsinin 444-cü Briqadasının qərargahında öldürülüb.Ayn Zara və Salah əd-Din bölgələrində də atışma səsləri eşidilib.

Xəbər xətti