Təyyarə qəzası ilə əlaqədar üçgünlük matəm elan olunub

12:38 - 6 May 2019 - Xəbər

Murmansk rəhbərliyi həmçinin insident qurbanlarının yaxınlarının Moskvaya çatdırılması məsələsi üzərində işləyir

Rusiyanın Murmansk vilayətində dünən gecə Moskvadan Murmanska uçan, amma geri qayıdaraq "Şeremetyevo" hava limanına təcili eniş edən və yanan "Sukhoi Superjet 100" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üçgünlük matəm elan edilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernator vəzifələrini icra edən Andrey Çibis jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda ölən 41 nəfərdən kimin Murmansk vilayətinin sakini olduğu müəyyənləşdirilir.

Murmansk rəhbərliyi həmçinin insident qurbanlarının yaxınlarının Moskvaya çatdırılması məsələsi üzərində işləyir.

Xatırladaq ki, "SSJ 100" təyyarəsinin "Şeremetyevo" hava limanında qızaya uğraması nəticəsində dəqiqləşdirilmiş son məlumatlara görə, göyərtədəki 78 nəfərdən 37-si sağ qalıb.

Xəbər xətti