Ukraynanın Xarkov şəhərində narkotik maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Azərbaycan vətəndaşı tutulub.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Polisin Xarkov vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, polis əməkdaşları onun yaşadığı yerə baxış zamanı 3 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar edərək götürüblər.
Faktla bağlı cinayət işi açılıb. Hazırda həmyerlimizi əmlakın müsadirə olunması şərti ilə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.