Mayın 6-ı müqəddəs Ramazan ayının ilk günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:57, iftar isə saat 19:56-dadır.
Birinci günün duası:
"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".
Tərcüməsi:
"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi.
Məni əfv et, ey günahkarları əfv edən Allah!"
Allah orucunuzu qəbul etsin!