7 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb

21:01 - 4 May 2019 - HADİSƏ

Venesuellada içində 7 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə mayın 4-ü Miranda ştatının El-Atilio bələdiyyə sədri Elias Saye məlumat verib.

Elias Saye öz “Twitter” səhifəsində yazıb ki, “Amerika helikopteri 7 nəfərlik heyətlə, bu səhər yaşıl zonada yerləşən Oripotoya düşüb - dəqiq desək El-Volkaneyə. Bizim El-Atilio Mülki Müdafiə Qüvvələrinin komandası axtarışlarda iştirak edir”.

Ekipaj və sərnişinlərin taleyi barədə məlumat verilmir.

İlkin məlumatlara görə, ola bilsin söhbət “Bell 412” helikopterindən gedir.

Namiq

Xəbər xətti