Bakıda qısqanc ər arvadını bıçaqladı

14:25 - 4 May 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda kişi həyat yoldaşını qətlə yetirməyə cəhd edib.

Ucnoqta.az xəbər verir ki, bu haqda Oxu.Az-a Binəqədi rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumata görə, mayın 3-də saat 07:00 radələrində Sulutəpə qəsəbəsində Abşeron rayon sakini – 31 yaşlı Elşən İsgəndərov aralarında düşən münaqişə zamanı həyat yoldaşı – 26 yaşlı Qaragöz İsgəndərovaya deşici bıçaq xəsarətləri yetirib.

Zərərçəkən  1 saylı Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə yerləşdirilib. Qadın hələ özünə gəlmədiyindən, müstəntiqlər onu dindirə bilməyib.

Hadisəni törədən şəxs könüllü şəkildə polisə təslim olub. Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır. Cinayətin motivləri araşdırılır. İlkin versiyaya görə, insident qısqanclıq zəminində baş verib.

Xəbər xətti