Formula 1 Azərbaycan Qran Prisinin qalibi məlum oldu

18:04 - 28 Aprel 2019 - İDMAN

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin qalibi məlum olub.

 "Mercedes" komandasının pilotu finlandiyalı Valtteri Bottas Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. İkinci yeri onun komanda yoldaşı Lyuis Hemilton, üçüncü yeri isə Sebastian Fettel ("Ferrari") tutub.

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışıb. 51 dövrədən sonra finiş xəttini 16 pilot keçib./trend

Xəbər xətti