Avtomobil əvvəlcə TIR-a sonra da başqa bir maşına çırpıldı: 5 yaralı - FOTO

20:01 - 23 Aprel 2019 - HADİSƏ

Türkiyənin Elazığ vilayətində idarəetmədən çıxan avtomobil, əvvəlcə TIR-a sonra da başqa bir maşına çırpılıb.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Elazığ-Malatya magistral yolunun 15-ci kilometrliyində qeydə alınıb. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Ətrafda olan insanların xəbər verməsi ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları gəlib. Yaralılar təcili tibbi yadım maşınları ilə xəstəxanaya yerləşdiriliblər.

 

Onların vəziyyətinin normal olduğu bildirilib.

Polis qəza ilə araşdırma aparır.

 

Namiq

Xəbər xətti