Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Avtomobil əvvəlcə TIR-a sonra da başqa bir maşına çırpıldı: </font>5 yaralı<font color=red> - FOTO</font></b>

20:01 - 23 Aprel 2019 tarixində dərc olunub.

Türkiyənin Elazığ vilayətində idarəetmədən çıxan avtomobil, əvvəlcə TIR-a sonra da başqa bir maşına çırpılıb.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Elazığ-Malatya magistral yolunun 15-ci kilometrliyində qeydə alınıb. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Ətrafda olan insanların xəbər verməsi ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları gəlib. Yaralılar təcili tibbi yadım maşınları ilə xəstəxanaya yerləşdiriliblər.

 

Onların vəziyyətinin normal olduğu bildirilib.

Polis qəza ilə araşdırma aparır.

 

Namiq

Müəllif: