XİN: Aİ ilə Azərbaycan arasında Sazişin mayın 13-də imzalanması nəzərdə tutulmayıb

17:06 - 23 Aprel 2019 - SİYASƏT

Mətbuatda bu ilin 13 may tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar məlumat yayılıb.

Xarici işlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə,  Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb:

"Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir"- məlumatda bildirilir.

Emin

Xəbər xətti