Bakıda müvəqqəti marşrut xətti açılıb

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın cənub istiqamətində, o cümlədən, Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadəsindəki çətinliklər aradan qaldırılıb.

BNA-dan Ucnoqta.az-a verilən məlumata görə, ilk növbədə, Lökbatan-Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib. Bununla yanaşı, 5A xətti üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb.
Məlumat üçün bildiririk ki, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə gediş haqqı 30 qəpik müəyyən edilib. Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılanadək sərnişinlərə xidmət göstərəcək.

Tarix
23 Aprel 2019 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 16:15:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin