Opera teatrının binasında qaz sızması: 500 nəfər təxliyə edilib

Avstraliyada Sidney opera teatrının binasında baş verən qaz sızması səbəbindən 500 nəfər təxliyə edilib.

Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, bu barədə Yeni Cənub Uels ştatının Yanğınsöndürmə Xidmətinin “Twitter” səhifəsində məlumat verilib. Hadisə yerinə Fövqəladə Hallar Xidməti və səhiyyə briqadaları cəlb edilib.

Məlumatda bildirilir ki, “Təxminən 500 insan zaldan və ətraf restoranlardan evakuasiya edilib”. Hazırda havanın çirklənmə səviyyəsi ölçülür.
Sızma təmir işləri zamanı baş verib.

Xəsarət alanlar barədə məlumat verilmir.

 

Namiq

Tarix
23 Aprel 2019 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 12:53:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin