"Formula 1" komandaları Bakıda gecəsi 3 min avroya nömrə bron ediblər

11:10 - 22 Aprel 2019 - Xəbər

Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn komandaların bəziləri “Hilton Hotel”də gecəsi 3 min avro (təxminən 6 min manat) olan prezident suitləri bron ediblər.

Bu barədə otelin əməliyyat direktoru Lars Sammelius formule1.nl saytına bildirib. O, artıq “Hilton Hotel”dəki bütün nömrələrin tutulduğunu söyləyib.

“Hilton Hotel”də adi günlərdə prezident suitlərinin qiyməti təxminən 4 min manat təşkil edir. Bu nömrədə 3 otaq, eləcə də mətbəx var. Həmçinin 17-ci mərtəbədə şam yeməyi üçün xüsusi məkan, şəxsi spa və idman zalı mövcuddur.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Xəbər xətti