Meteorun düşmə anını avtomobilin registratoru qeydə aldı - VİDEO

11:59 - 21 Aprel 2019 - MARAQLI

Sosial şəbəkədə Rusiyanın Nijeqorod əyalətində göydən parlayan obyektin düşdüyü anın videosu yayımlanıb.

Ucnoqta.az xəbər verir ki, avtomobilin videoregistratoru tərəfindən qeydə alınan kadrlarda, gec saatlarda səmada iri parıltılı nöqtənin sürətlə axdığı görülür.

“Zvezda” telekanalının bildirdiyinə görə, meteorun düşmə anını regionun Avtozavod, Doskina, Arzamasa və digər şəhər sakinləri də müşahidə ediblər.

Ucnoqta.az baş verən hadisənin görüntülərini təqdim edir:

Namiq

 

Xəbər xətti