MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”

“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov musavat.com saytına açıqlamasında  deyib: “Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin  kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür.

ATV-də belə imkanları var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşa gəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya “Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.

Tarix
16 Aprel 2019 [21:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-16 21:19:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin