2018-ci ildə Zukerberqin təhlükəsizliyinə $20 milyon xərcələnib

"Facebook" şirkəti 2018-ci ildə Mark Zukerberqin və onun yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə təxminən 20 milyon dollar xərcləyib.

Trend-in CNBC" telekanalına istinadən verdiyi məlumata görə, M.Zukerberq "Facebook"da işinə görə ildə 1 dollar maaş alır, lakin şirkət onun öz səlahiyyətlərini yerinə yetirərkən çəkdiyi xərcləri ödəyir.
Bu xərcin məbləği 2018-ci ildə 22,6 milyon dollar təşkil edib. 22,6 milyon dolların təxminənm 20 milyonu M.Zukerberqin və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə, 2,6 milyonu isə şəxsi avianəqliyyatdan istifadə ilə bağlı xərclərin ödənilməsinə istifadə edilib.

Qeyd edilir ki, son illərdə "Facebook"un rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün ayrılan vəsait artıb. Beləki, 2016-cı ildə M.Zukerberqin təhlükəsizliyinin təmin edilməsi üçün 5,1 milyon dollar, 2017-ci ildə - 7,6 milyon dollar ayrılıb. M.Zukerberqin avianəqliyyatdan istifadəsinin xərclərinin ödənilməsi üçün 2016-cı ildə 871 min dollar, 2017-ci ildə isə 1,5 milyon dollar ayrılıb.

Tarix
13 Aprel 2019 [09:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-13 09:00:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin