Azərbaycan və Avropa İttifaqı əməkdaşlıq məsələlərini Brüsseldə müzakirə edəcək

10:33 - 1 Aprel 2019 - SİYASƏT

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası aprelin 4-də Brüsseldə keçiriləcək.

Bu barədə "Report" Avropa İttifaqının (Aİ) mətbuat xidmətinə istinadən məlumat verir. İclas zamanı tərəflər əməkdaşlığın bütün aspektlərini müzakirə etmək niyyətindədir.
İclas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, Əməkdaşlıq Şurasının əvvəlki iclası 2018-ci il fevralın 19-da keçirilib.

Xəbər xətti