"Real"dan Poqba üçün 125 milyon funt sterlinq

02:31 - 30 Mart 2019 - İDMAN

"Real" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etməkdə israrlıdır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu fransalı yarımmüdafiəçini almaq üçün 125 milyon funt sterlinq ayırıb.

Qeyd edək ki, Poqbanın İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin iyununda başa çatır. O, 2016-cı ildən "MY"da oynayır.

Xəbər xətti