Pikedən “Real”ı əsəbləşdirəcək cavab

19:40 - 29 Mart 2019 - İDMAN

“Barselona”nın futbolçusu Jerar Pike, İspaniya mətbuatına maraqlı açıqlama verib. “Movistar+” kanalında yayımlanan “La Resistencia” adlı verilişdə qonaq olan Pike, ona verilən sualların birində əzəli rəqibləri “Real”ı əsəbiləşdirəcək ifadələr işlədib. Pike, ona ünvanlanan “son aylarda neçə dəfə sekslə məşğul olmusan” sualına, “Santyaqo Bernabeu”dakılar sayılırmı?” deyə, cavab verib. “Barselona” “Real”ı fevralın 28-də İspaniya kubokunda 3:0, martın 2-də İspaniya La Liqasında isə 1:0 hesabıyla məğlub edib. Qafqazinfo

Xəbər xətti