“Adam-badam iyisi gəlir” pyesinin tamaşası təqdim olunub

21:36 - 28 Mart 2019 - Mədəniyyət

Naxçıvan Dövlət Uşaq Teatrında yazıçı-ssenarist, Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltanın “Adam-badam iyisi gəlir” pyesinin tamaşası hazırlanıb.

Ucnoqta.az xəbər verir ki, tamaşa Novruz bayramı günlərində teatrsevərlərə təqdim olunub. “Adam-badam iyisi gəlir” nağıl-tamaşasının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva, rejissor assisenti Səkinə Məmmədov, rəssamı Həbib Allahverdiyev, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur.

Rolları teatrın gənc aktyorları ifa edirlər. Teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Tofiq Seyidovdur.
Tamaşa kiçik yaşlı tamaşaçılara ədalət, bərabərlik, gözəllikləri dəyərləndirmək hissləri aşılayır.


Xəbər xətti