Qubada “Prado” aşdı - Köməksiz qalan 2 nəfər xilas edildi

22:07 - 19 Fevral 2019 - HADİSƏ

Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb.

Yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb. 

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər.

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub. qafqazinfo

*** 


Quba polis şöbəsinin əməkdaşları FHN-nin əməkdaşları gələnə kimi köməksiz qalan şəxsləri hadisədən 4 saat sonra xilas ediblər. Həmin şəxslər 1986-cı il təvəllüdlü Binəqədi sakini Aqşin Həşimov və 1992-ci il təvəllüdlü Xırdalan sakini Amil Əliyevdir. 

Xəbər xətti