Bakı-Şamaxı yolunda maşınlar yolda qaldı - Foto

12:45 - 19 Fevral 2019 - Xəbər

Bakı-Şamaxı yolunda yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əsasən Ağsu dolaylarında maşınlar yolda qalıb.
Qar yolda maşınların sürüşməsinə və enişə doğru qalxmasına çətinlik yaradıb. Bir neçə sürücü hərəkəti dayandırmağa məcbur olub.


Xəbər xətti