Qaçanda böyrümüz niyə ağrıyır?

Qaçış zamanı sağ və ya sol böyrümüzdə kəskin ağrını hamımız hiss etmişik. Özü də bu ağrılar həm planlaşdırılmış, həm də spontan qaçış zamanı yaranır. Bu ağrı niyə olur və ağrı zamanı nə etmək lazımdır?

Qaçış vaxtı təkcə ayaqlar deyil, bütün orqanizm gücə düşür. Əzələlərin gücləndirilmiş şəkildə çalışması üçün iri həcmli və sürətli qan dövranına ehtiyac yaranır, bu isə qaraciyər və dalağın aktivləşməsi deməkdir.
Qaçış rejiminə tədricən keçid edən zaman qan orqanizmdə təsirsiz və ağırısız paylanır. Qəfil startda isə qaraciyər və dalaq qanla kifayət qədər sürətlə dolur ki, bu da onların əsəb hüceyrələri ilə zəngin qabıq hissələrinə təzyiq göstərir, nəticədə ağrı yaranır.

Ucnoqta.az e-tibb.az-a istinadən bildirir ki, sağ böyürdə ağrı olursa, qaraciyər, sol böyürdə ağrı olursa, dalaq qanla yüklənmiş sayılır. Belə halların yaşanmaması üçün qaçışdan əvvəl isinmə hərəkətləri etmək, qaçış sürətini anidən yüksəltməmək lazımdır. Yox, əgər qəfil sürətlənmə məcburidirsə, ən azı nəfəs alıb-verməyə nəzarət etmək, qaməti düz saxlamaq məsləhətdir.

Böyürdə ağrı zamanı ən məntiqlisi qaçışı dayandırmaqdır. Dayanandan sonra ağrı olan yeri masaj edib, bir neçə dəfə dərindən nəfəs almaq tövsiyə olunur. Əgər hansısa səbəbdən dayanmaq mümkün deyilsə, ən azı sürəti aşağı salmaq, nəfəs alan zaman ağrıyan yerə yüngülcə basmaq, nəfəs verəndə isə buraxmaq lazımdır. Bu yolla qanı dolduğu yerdən qismən qovmaq və ağrının şiddətini azaltmaq olar.

Hərdən dolu mədə də ağrı verir, ona görə də məşqdən əvvəl güclü yeməyə ehtiyac yoxdur. Nahardan dərhal sonra da fiziki tapşırıqlar yerinə yetirib, məşqlər etmək məsləhət görülmür.

Tarix
17 Fevral 2019 [23:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-02-17 23:13:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin