Şəkidə mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb

21:51 - 7 Fevral 2019 - HADİSƏ

 Şəki rayonunda mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb.

 Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Zinyət Hünbət qızı Həsənova şəhər ərazisində marşut xətti ilə hərəkət edən mikroavtobusdan düşən zaman paltarı qapının arasında qalıb. Bundan xəbərsiz olan sürücü mikroavtobusu hərəkət etdirib və qadını xeyli məsafədə sürüyüb. 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Həsənova Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. report

Xəbər xətti