Bakıda betonqarışdıran maşın aşdı - Sürücü öldü

13:47 - 1 Fevral 2019 - HADİSƏ

Gecə saatlarında Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə  Nəsimi rayonunun 20 Yanvar küçəsində baş verib. Bakı şəhər sakini Ə.Həşimov “Mercedes” markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. 
Nəticədə yük maşını aşıb.

Qəza nəticəsində sürücü Ə.Həşimov hadisə yerindəcə dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.olke.az

Xəbər xətti