Ağcabədidə barama istehsalının 50-60 tona çatdırılması planlaşdırılır

Ağcabədi rayonunda barama istehsalının 50-60 tona çatdırılması planlaşdırılır.

Bunu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.
Ş.Məmmədov bildirib ki, son illərdə pambıq istehsalı 10 dəfə artaraq 23,3 min tona çatıb, hər hektardan orta məhsuldarlıq isə 1,5 dəfə artaraq 23,3 sentner təşkil edib. Mövsümi işlərə 22 min nəfərə yaxın kənd sakini cəlb olunub və onlar pambıqçılıqdan yüksək gəlir əldə ediblər.

O vurğulayıb ki, kənd təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi bu sahənin yenidən dirçəldilməsini şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb: “Nəticədə rayonda 2018-ci ildə əvvəlki ilə nisbətən 2,2 dəfə çox - 37 ton barama istehsal olunaraq təhvil verilib, kümçülər 330 min manatdan artıq gəlir əldə ediblər. Cari ildə isə hədəfimiz barama istehsalının 50-60 tona çatdırılmasıdır. Baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son üç ildə 389 min tut tingi əkilib”.

İcra başçısı deyib ki, ötən il taxılçılıq sahəsində də çox böyük uğurlar əldə edilib: “Belə ki, əhali təsərrüfatlarında buğdanın məhsuldarlığı hektarda 46,6 sentner olmaqla, rayon üzrə 107 min ton taxıl istehsal edilib”.

Ş.Məmmədov heyvandarlıq sahəsinin inkişafının da diqqət mərkəzində saxlanıldığını bildirib: “Sizin qayğınız sayəsində rayonda “Aqat Aqro” MMC kimi iri heyvandarlıq kompleksi və “ATENA” süd emalı zavodu yaradılıb”.

Onun sözlərinə görə, 2018-ci ildə kənd təsərrüfatına, ümumilikdə, 55 min nəfərdən çox işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul əhalinin 51 faizini təşkil edir: “Sizin diqqət və qayğınız nəticəsində rayonumuzda abadlıq və quruculuq işləri, sosial layihələrin icrası da sürətlə davam etdirilib, 45 mindən artıq şəhər əhalisi fasiləsiz içməli su ilə təmin edilib, qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb, kəndlərarası avtomobil yolları çəkilib. Bu il tikintisi başa çatdırılacaq ictimai xidmətlər sahəsində inqilabi layihə olan “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəinki rayonumuzun, həmçinin bölgənin əhalisinə böyük töhfə olacaqdır”.

İcra başçısı vurğulayıb ki, bütövlükdə son beş ildə rayona 614 milyon manat investisiya qoyulub, ümumi məhsul buraxılışı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,9 dəfə artıb.trend

Tarix
30 Yanvar 2019 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin