Reynaldo “Qarabağ”a qoşuldu - Foto

11:10 - 8 Yanvar 2019 - İDMAN

Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın ikinci gününü iki məşqlə başa vurub.

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, günün ilk məşqi fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.
Günün ikinci məşqi isə meydançada olub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib.

Yeni transfer Reynaldo Silva da komandaya qoşulub.


Xəbər xətti