Rusiya Tailandda dəmir yolu tikmək istəyir

11:23 - 27 Dekabr 2018 - DÜNYA

Rusiya şirkətləri Tailandda yeni dəmir yolu xəttinin tikintisində iştirak etməyə, həmçinin bu ölkəyə dəmir yolu nəqliyyatı vasitələri tədarük etməyə hazırdır.

Bunu Rusiya-Tailand hökumətlərarası komissiyasının iclasında RF sənaye və ticarət naziri Denis Manturov deyib. Nazir bildirib ki, Rusiya Tailandda buğda və ət məhsulları ixracını artırmağa da hazırdır:
"Qarşılıqlı əmtəə dövriyyəsinin böyük potensialını kənd təsərrüfatı sahəsində də görürük. Öz növbəsində, Rusiya buğda, ət məhsulları kimi mallarının ixracını artırmağa hazırdır".trend

Xəbər xətti