Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgərin gözündən vurublar

12:08 - 17 Dekabr 2018 - Xəbər

Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər yaralanıb.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 16-da Xankəndi hərbi hospitalına yaralı hərbi qulluqçu gətirilib. Onun gözündə güllə yarası var. Əsgərin vəziyyətinin çox ağır olduğu bildirilir.

Hərbi qulluqçuya ilkin zəruri tibbi yardım göstərilsə də, hazırda onun Yerevandakı "Muratsan" hospitalına aparılmasına hazırlıq görülür.

Xəbər xətti