Fransada etirazlar yenə başladı

15:33 - 15 Dekabr 2018 - DÜNYA

Polis gözyaşardıcı qaza əl atdı

Parisdə Yelisey prospektində "sarı jilet"lilər növbəti aksiyaya başlayıblar. Yüzlərlə insan Zəfər tağının ətrafına toplaşıblar. Polis onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra etirazçılar Yelisey sarayına doğru gediblər. Burada da ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq "sarı jilet" hərəkatı noyabrın 17-də başlayıb. Fransa hüquq-mühafizə orqanları tərəfindən indiyədək 4500 çox nümayişçinin saxlandığı bildirilir.trend

Xəbər xətti