Sabirabadda traktorla yük maşını toqquşub: bit nəfər ölüb

14:22 - 28 Noyabr 2018 - HADİSƏ

Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, noyabrın 27-də saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində kənd sakini Ramiz Abdullayevin idarə etdiyi “Belarus” markalı traktorla İmişli rayon sakini Elşən Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili toqquşub. Nəticədə R.Abdullayevin sərnişini, oğlu Rasət hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti