Fabio Kapello: "Onlar Ronaldusuz da nəticə qazana biləcəklərinə inanırlar"

22:01 - 27 Noyabr 2018 - İDMAN

Fabio Kapello İtaliyanın "Roma" klubunun Çempionlar Liqasının V turunda İspaniya "Real Madrid"i ilə keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, vaxtilə hər iki komandaya baş məşqçilik edən 72 yaşlı mütəxəssis Madrid təmsilçisinin hazırda rəqibindən daha pis vəziyyətdə olduğunu bildirib: "Onlar Kriştianu Ronaldu olmadan nəticə qazana biləcəklərinə inanırlar".

​ İtaliyalı məşqçi "Roma" klubunda vəziyyətin fərqli olduğunu vurğulayıb: "Onlar "Udineze"yə qarşı yaxşı oynadılar, amma matçın gedişində baş məşqçi Eusebio Di Françeskonun oyunçulara "topla yaxşı rəftar edin" dediyini eşitdim. İndi bu məsələlər əhəmiyyətli deyil. Edin Ceko meydana girəndə komanda dəyişdi. Təəssüf ki, onun "Real Madrid"lə matçda iştirakı şübhəlidir. O, "Roma"da özünəgüvən hissini artırır və komanda üçün vacib elementdir. Düşünürəm ki, Di Françesko problemin nə olduğunu anlayıb".

Xəbər xətti