UEFA Moskvanın MOİK klubunu 50 min avro cərimələyib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Moskvanın MOİK futbol klubunu Çempionlar Liqasında İtaliyanın "Roma" klubu ilə qrup mərhələsində baş tutan iki oyunun yekunları üzrə 50 min avro cərimələyib.

Trend-in məlumatına görə, Rusiya klubunun cərimələnməsinə səbəb azarkeşlər tərəfindən stadionun giriş və çıxışlarının bağlanması, meydançaya kənar obyektlərin atılması və pirotexnikadan istifadə edilməsi olub. Məlumata əsasən, səfər oyununa görə MOİK 44 min avro, ev oyununa görə isə 6 min avro cərimələnib.

Bundan əlavə, İtaliyanın "Roma" klubu da ev oyununda azarkeşlər tərəfindən stadionun giriş və çıxışlarının bağlanması, meydançaya kənar obyektlərin atılması və pirotexnikadan istifadə edilməsi səbəbi ilə 17 min avro cərimələnib.
​Xatırladaq ki, UEFA Çempionlar Liqasının "G" qrupunda yer alan MOİK və "Roma" arasında ilk oyun Romada oktyabrın 23-ü ("Roma" - MOİK - 3:0), ikinci oyun isə Moskvada noyabrlın 7-si keçirilib (MOİK - "Roma" - 1:2).

Tarix
24 Noyabr 2018 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-11-24 10:00:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin