Nazir: Şimal-Cənub nəqliyyat dəhlizi ilə yük daşımalarının həcmi 100 dəfəyə yaxın artıb

16:31 - 23 Noyabr 2018 - İQTİSADİYYAT

Bu il Azərbaycandan keçən nəqliyyat yüklərinin həcmi AÇIQLANDI

“Bu il Azərbaycandan keçən nəqliyyat yüklərinin həcmi 10 mln ton təşkil edib”. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, yüklərin 2 mln tonunu qeyri-neft, qalanını isə neft məhsulları təşkil edir:
"Daşımaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artım olub. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yük daşımalarının həcmi 100 dəfəyə yaxın artıb. Türkmənistandan keçməklə 9 ay ərzində qeyri-neft sektoruna aid 190 min, neft sektoru üzrə 4 milyon ton yük Azərbaycandan daşınıb. Nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir".

Nazir həmçinin Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolunun tikintisinin başa çatacağı vaxtı açıqlayıb: “Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2020-cu ildə istifadəyə veriləcək. Beləliklə, şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.

Xəbər xətti